Toya uşaq gətirilsinmi? – AÇIQLAMA

Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Səbəb kimi isə balacaların məclisdə "əl-ayağa dolaşa bilməsi" göstərilir. Avtosfer.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı fikirlərini Ölkə.az-la bölüşüb.
Deputat hesab edir ki, bizi narahat edən məsələ bu olmalı deyil:
"Bizi narahat edən o olmalıdır ki, artıq Azərbaycanda toy ənənəsi dəyişir. Toylarda musiqinin səsindən, bayağı musiqilərdən oturmaq olmur. Artıq son dövrlər kişilərimiz qadın kimi, qadınlarımız kişi kimi oynamağa başlayıblar. Toylarda israf daha çoxdur. Mən düşünürəm ki, biz bu məsələlərin üzərində durmalıyıq. Qaldı ki, uşaqların toya gətirilib-gətirilməməsinə, toyda hər şəxsə görə pul ödənilir, yəni adambaşı hesablama aparılır. Son vaxtlar da şadlıq evlərinin qiymətlərində çox ciddi artım var və ona görə də belə bir istəyin olması təbiidir". "Birincisi, insanlar özləri çalışmalıdırlar ki, toya uşaqları ilə getməsinlər. Xüsusilə də yaşı az olan uşaqla. Yəni bunu insanlar özləri anlamalıdırlar. İkincisi isə - əgər bunu insan anlamırsa, toy sahibi məcburdur ki, bunu toya gələn qonağa bildirsin. Çünki siz toya dörd-beş nəfər gedəndə, uşaqlar da oturanda, təbii ki, hər kəsin imkanı olmur toya böyük məbləğdə pul yazdırmağa. Ona görə burada mən hesab edirəm ki, toy sahiblərini başa düşmək lazımdır. Kənd toyları bir az fərqlidir, amma şəhər toylarında bu mütləq nəzərə alınmalıdır", - deyə C.Məmmədov sonda qeyd edib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










