Ukrayna azərbaycanlı qardaşlardan danışır - Üç nəfəri ölümdən xilas etdilər – VİDEO

Ukraynanın Nikolayev şəhərində 19 yanvar saat 19:00 radələrində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, metbuat.az-ın əldə etdiyi məlumata görə, şəhərin “İnqul” mehmanxana-kafesi yaxınlığında içərisində 20 ton günəbaxan tumu olan “MAN” markalı maşınla “Kio Sorento” markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili 40-50 metr kənarda olan xəndəyə düşüb və yanmağa başlayıb. Yük maşınında olan 20 ton günəbaxan tumu isə yola tökülüb.
Ərazidə çoxlu sayda maşın olsa da yanan maşından yaralıları çıxarmağa heç kim risk etməyib. Həmin vaxt ərazidən keçən azərbaycanlı qardaşlar – Umud və Sabir Şirinovlar yanan maşında ağlayan uşaq səsi eşidiblər. Dərhal avtomobilə yaxınlaşan qardaşlar həyatlarını riskə ataraq çətinliklə də olsa, əvvəlcə uşağı, sonra isə anasını və atasını avtomobildən çıxararaq oradan uzaqlaşdırıblar. Onlar gənc ailəni yanan maşından xilas etdikdən bir az sonra isə avtomobildə güclü partlayış olub.
Priexvli ailəsi xilas ediləndən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Şirinov qardaşları dərhal təcili yardım maşını ilə yaralıları xəstəxanaya çatdırıblar. Xoşbəxtlikdən uşaq xəsarət almasa da, gənc ana və atası bədənlərinin müxtəlif nahiyələrindən yaralanıblar. Şirinov qardaşları bu günə qədər ailəyə yardım göstərirlər.
Qeyd edək ki, qəhrəmanlıq göstərən Şirinov qardaşları Ukrayna Azərbaycanlıları Konqresinin üzvləridilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı






















