Uşaqların gözünü yollarda qoymayaq! - Sürücülər üçün ibrətli - VİDEO

Rusiyada çəkilən sosial çarx izləyənləri göz yaşlarına boğub. Avtosfer.az xəbər verir ki, yük avtomobilinin sürücüsü sükan arxasında telefonla görüntülü qızı ilə danışır. Sürətli maşını idarə edən sürücü təhlükəsizlik kəməri də taxmır. Qarşıda onu yol polisi saxlayır. İnsoektor ona irad bildirirərək bir neçə gün əvvəl baş verən qəzanı xatırladır. Sürücü isə övladının doğum günü olduğunu və tələsdiyini bildirir. İnspektor sürücüdən telefonu alaraq onun qızına zəng edir. Atasının təhlükəsizlik kəməri taxmadığını və sükan arxasında telefonla danışdığını deyərək ondan atasına bu barədə xəbərdarlıq etməsini istəyir. Həmçinin onun doğum gününü təbrik edir. Uşaq isə atasına tələsməməsini və kəmər taxmasını deyir. Əks halda ad günü tortundan məhrum olacağını bildirir.
Əziz sürücülər! Evdə xəstəmiz ola bilər. Amma biz tələssək həmin xəstənin yanına ya yaralı halda, yaxud tabutda gedə bilərik. Övladımızın doğum gününə tələsərkən onu ümumiyyətlə görməkdən məhrum ola bilərik. Odur ki, övladlarımızın gözünü yollarda qoymayaq!
Orxan Əli
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












