Reklam

Vətənə xidmət vəzifəsi

Yazarlar 21 Fevral 2019 17:21 Oxunub 1649
Vətənə xidmət vəzifəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis xalqın və Vətənin sadiq xidmətçisidir

ABŞ ordusunun generalı Deyl Uotsonun Azərbaycana səfərindən qayıtdıqdan sonra: “Mən Azərbaycanda olarkən, Azərbaycan Polisinin hörmət və ehtiramını, nəvazişini gördüm. O, öz millətinin vicdanı, şərəf və ləyaqətidir”,- deyərək vətənimizdə olarkən şahidi olduqlarını bu cümlə ilə ifadə etməsi, əslində, dünyanın nəzərində ölkəmizin sabitlik adası olduğunu bir daha təsdiq edir. Əgər yaxın keçmişdə sərhədlərimizdən kənarda haqqımızda “Orda müharibə gedir, yaşamaq üçün yetərincə şərait yoxdur, sabitlik deyil” kimi ifadələrə rast gəlinirdisə, bu gün tam əksini, özü də həmin fikirləri səsləndirənlərdən eşidirik. 
Multikultral dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət hissi ilə idarə olunan dövlətdə bu gün kiməsə  dilinə, dinə və milli mənsubiyyətinə görə fərq qoyulmur. Konstitusiyamızda əksini tapan hüquqlar birbaşa şəxsin müdafiəçisidir. Bütün strukturlarda innovativ inkişaf, süründürməçiliyə son, özünü təsdiq üçün yaradılan imkanlar dövlətlə vətəndaş arasında daha sıx təmasın qurulmasına xidmət edir. Bu mənada, polis qeyd etdiyimiz kimi hər zaman əl çatandır. Sabitliyi, əmin-amanlığı qorumaqla bərabər polis həm də vətəndaşın maarifləndirilməsində mühüm rol oynayan quruma çevrilib. Gələcəyimizi və gəncliyimizi təhdid edən bəlalarla-narkomaniya, erkən nikah və dini ekstrimizmlə bağlı təhsil ocaqlarında, müxtəlif qurumlarda  maarifləndirmə və təbliğat işlərinin aparılması bu gün cəmiyyətdə təqdir edilir və bəyənilir. Aparılan islahatlar, yeniliklər polisin vətəndaşın güvənc yerinə çevrilməsinə inam yaradıb. Polis həm də barışdırıcı mövqe sahibi kimi də etimad və etibar qazanıb. DİN-ə ünvanlanan məktublarda polisin bu mövqeyi razılıq hissi ilə vətəndaşlar tərəfindən dəstəklənir. 
Polis özünü nə reklam edir, nə də reklam olunmağa “isti” baxır. “Azərbaycan polis ölkəsidir” deyənlər sabitliyi, əmin-amanlığı görməzlikdən gəlsələr də, haqqı etiraf etməsələr də, ölkəmizə gələn turistlərin gündən-günə, aydan-aya çoxalması, əslində, onlara tutarlı cavabdır.  Azərbaycan Polisi haqqında  əcnəbilərin dediyi fikirləri oxumaq üçün internetdə axtarış vermək kifayətdir.
Polis xalqın və Vətənin sadiq xidmətçisidir. Onun təbiətini, torpağının, suyunun keşiyində də inamla dayanıb. Hər bir əməkdaş polisin nüfuzuna xidmət etməklə yanaşı, əsl vətəndaş yanğısı ilə də ön cərgəsində olduqları mübarizədən bir addım belə geri atmayaraq, insan həyatının ovuna çıxmışları elə iş başındaca yaxalayır, onlara göz açmağa imkan vermir. Dəniz kənarında, Xəzərin qırçın sularında üzərində üçrəngli bayrağımızın dalğalandığı, üzərinə “Polis” yazıldığı qayığı görənlər, yaxşı bilirlər ki, yaşanacaq hər hansı bir xoşagəlməz halın qarşısı yerindəcə alınacaq.
Polis hər hansı bir situasiyada xilaskarlıq missiyasını yerinə yetirməklə bərabər, maarifləndirmə işindən, təbliğatından da qalmır. Görülən işlərin, əldə olunan uğurların ünvanı, hədəfi bəllidir. Ən əsası, “Hər şey Vətən üçün, hər şey xalq üçün” prinsipinə əməl etmək, qurulanı, etibar ediləni qoruyub gələcək nəsillərə ərmağan etmək Azərbaycan Polisinin ən ümdə vəzifəsidir və amalıdır.  

 

Hafiz Təmirov,
polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh