Yağışda itən avtomobil nömrələri - dublikat verilirmi? - “Cəmi 60 manata...”

Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla yanaşı problemlərlə də üzləşdirib. Adətən belə yağışlı havalarda ehtiyatsızlıqdan avtomobillərin dövlət nömrə nişanları itir. Dövlət qeydiyyat nişanı avtomobil vasitəsini fərqləndirən, avtomobilin ön və arxa hissəsinə vurulan lövhədir. Nömrənin olmaması yaxud oxunmasına mane olacaq qədər çirkli saxlanılması yolverilməzdir. O ki, qalsın onu itirmək.
Avtosfer.az xəbər verir ki, bu barədə moderator.az-a açıqlama verən Ərşad Hüseynov bildirib ki, avtomobilin nömrəsi itdisə yeni nömrə alınmalı, nəqliyyat vasitəsinin texniki pasportu dəyişdirilməlidir:
“Avtomobilin dövlət qeydiyyat nişanı itibsə öncə polisə məlumat verilməlidir. Ondan sonra Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə yaxınlaşıb avtomobilə yeni nömrə almaq lazımdır. Çox sadədir. Sürücü rüsumunu ödəyir, qeydiyyat şəhadətnaməsini dəyişir. Ona tamam fərqli hərf və rəqəm kombinasiyalı yeni qeydiyyat nişanı verirlər.. Dövlət rüsumu da cəmi 60 manatdır” deyə ekspert bildirib.
Ərşad Hüseynov itmiş nömrənin dublikatının verilib-verilməməsi ilə bağlı sualı da cavablayıb:
“Dublikat verilmir. Çünki kimlərsə bu nömrələri oğurlayıb hansısa kriminal niyyətlərlə istifadə edə bilərlər. Ona görə də dövlət qeydiyyat nişanı itən kimi həmin nömrə ləğv edilir. Qeydiyyat nişanları çox vaxt sürücülərin diqqətsizliyi ucbatından itir. Ağaclara, ota ilişə bilər, yağışlı havalarda hansısa ərazidə qopub düşə bilər. Ona görə də nömrələr yerinə möhkəm bərkidilməlidir. Dövlət qeydiyyat nişanının avtomobilin banına bərkidilməsinin müxtəlif variantları var. Bunun ən pis variantı yapışqanla yapışdırmaqdır. Guya ki, ban zədələnməmək üçün bunu edirlər. Həmin yapışdırıcıya su dəyən kimi qopa bilər. Dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər” - deyə ekspert bildirib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










