Yanacağın qiyməti qalxdı, sərfiyyat artdı- YDM-lərdə nə baş verir?

Son zamanlar sürücülər yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı şikayətlər səsləndirirlər. Bununla bağlı ekspert Elməddin Muradlı da öz "Facebook" hesabında məlumat paylaşıb.

O bildirir ki, yanacağın keyfiyyəti ilə bağlı ciddi məsələ qaldırmaq lazımdır. Benzin və dizelin qiyməti artandan bəri sərfiyyat çoxalıb. Nə sirdirsə eyni avtomobillərdə eyni həcmdə yanacaq 20-30 km fərq edir. Yəni əvvəl 10 manata 11 litr benzin alıb 100 km sürənlər indi deyirlər ki, 11 manata yenə də 11 litr benzin alinsa da sərfiyyat 70-80 km-dən o yana keçmir.
Deməli, yanacaqdoldurma məntəqələri ya yanacağı daha çox kəsir, ya da tərkibinə çoxlu qatqılar qatılır. Odur ki, artıq bu məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır.
Litrdə kəsirlərsə demək ki, cibimizə girirlər və soyğunçuıuq edirlər.
Qatqı qatırlarsa lap pis. Deməli, onkoloji xəstəlillərin sayı artacaq, ətraf mühit daha çox çirklənəcək.
Görəsən bunu edənlərin özü, ailəsi, balaları bu havanı udmur?
Ekspert onu da qeyd edib ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin bu məsələyə ciddi yanaşacağına inamım böyükdür. Heç kim yaxasını kənara çəkməməlidir. Hamı birlikdə sözünü deməlidir. Cibimizə girirlər, həyatımızı zəhərləyirlər, bu mafiyaya dur deyilməlidir. Artıq yetər. Yanacaq mafiyası çox irəli getdi.
Məsələyə tanınmış Sahil usta da münasibət bildirib. "Son günlərdə bu şikayətlərlə bağlı bizə də yaxınlaşan sürücülər olub. Onlar sərfiyyatın artdığını bildirirlər. Lakin mühərrikə baxış keçirtdikdə məlum olur ki, avtomobilin şamları dəyişdirilməyib, yanacaq çiləyiciləri çirklənib, termostat qış üçün nəzərdə tutulandan deyil. Son günlər havaların 0 dərəcəyə yaxın keçməsi, avtomobillərin gec qızması və sadaladıqlarım nasazlıqlar yanacaq sərfiyyatının artmasına səbəb olur. Düşünmürəm ki, sərfiyyatın artması yanacaqla bağlıdır. Yanacağın keyfiyyətində ciddi bir nöqsan görmürük"- deyə Sahil usta bildirib.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












