Yaşlı qadının “Kamaz”ın üstündə nə işi var? - FOTO - VİDEO

Bu fotoları bir neçə gün qabaq Lökbatan qəsəbəsində çəkmişəm. Küçənin adı da məumdur, amma bunu sona saxlayaq.
Səhər saat 10.00 radələrində 3 qadın budanmış ağacları yük avtomobilinə yükləyir, bir qadın da kuzada zibilləri tapdalayaraq presləyirdi. Kamaz da təzə model hündürbortlu idi. Ora çıxmaq gənc oğlan üçün də kifayət qədər çətindir. ƏN ƏSASI, İŞÇİLƏRİN BAŞININ ÜSTÜNDƏ DAYANMIŞ 3 KİŞİ ƏLLƏRİ CİBİNDƏ QADINLARA KOMANDA VERİRDİ. Üzləri tanınmasın deyə fotonu yaxından çəkmədim.
Bəli, taleyin ironiyasından əhvalat Lökbatanın mərkəzindəki 28 MAY küçəsində vaqe olub. Bu tarixin bizim üçün əhəmiyyətini danışmaq uzunçuluq olar. Axı qadının kişi ilə bərabər hüquq əldə etməsi məhz bu günün sayəsində mövcud olub. Başqa ölkələrin başbilənləri qadını döymək üçün şallağın, daşqalaq etmək üçün çubuğun ölçüləri barədə baş sındırakən (yeri gəlmişkən, bu mübahisə hələ də bitməyib) AZərbaycan qadını ölkənin ictimai-siyasi həyatında aktiv rol alırdı. Amma babalarımızın yanaşması ilə bizim yanaşmamız 180 dərəcə fərqlidir.
Maraqlıdır ki, çoxlarımızın ailə dəyərlərinin olmadığını iddia etdiyimiz Almaniyada, Fransada, İtaliyada yaşlı qadınlar küçə təmizləmə işlərinə çıxarılmır. Biz isə formaca “”bizdə qadına, ağbirçəyə hörmət var” desək də, qadının yük maşınının üstündə zibil tapdamasına norma kimi baxırıq. Qabil demişkən,
Ağ biləklər, gül əllər, tarlada qabar....
Məsələni biz ictimailəşdirdik. Dövlət Əmək Müfəttişliyi də yerində araşdırsa daha yaxşı olar.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












