“Yeni avtomobillərin gətirilməsini tələb ediriksə, insanları da düşünməliyik" - Rüsumlar azadılsın

Yazarlar 20 Avqust 2019 00:24 Oxunub 2167
“Yeni avtomobillərin gətirilməsini tələb ediriksə, insanları da düşünməliyik" - Rüsumlar azadılsın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gürcüstanda bəzən 2-3 maşından 1 maşın yığıb azərbaycanlılara satırlar"

Məlumdur ki, bir neçə il əvvələ kimi Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin siyahısında Mercedes modelləri öndə gedirdi. Qiyməti, texniki sazlığı və yanacaq sərfiyyatı orta təbəqəyə sərf edirdi deyə 1997-ci ildən 2005-ci ilə qədər Mercedes modelləri insanların böyük marağına səbəb olmuşdu. Ancaq 2014-cü il aprelin 1-dən etibarən ölkədə tətbiq olunan Arvo-4 normalarına əsasən, həmin maşınların idxalı qadağan edildi. Buna görə də 1997-2004-ci illərin Mecedeslərini daha yeniləri, əsasən, KIA, Hyundai və.s digər avtomobillər əvəz etməyə başladı. Son 2 ildə isə həmin idxal siyahısına daha ekonom olan yeni modellər, xüsusən də Renault “Megane” avtomobilləri daxil oldu. İstehsalı 2007-dən bu yana olan və idxalatda əsas yeri tutan bu avtomobillər texniki və ekoloji baxımdan qənaətbəxşdirmi?

Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar, avtomobil eksperti Elməddin Muradlı İqtisadiyyat.Az-a danışıb. Ekspert açıqlamasında, hazırda idxal olunan avtomobillər barədə müsbət fikir söyləməyin mümkün olmadığını dilə gətirib:

“Hazırda tələbata görə, son 2-3 ilə nisbətən Gürcüstandan avtomobil idxalı artıb. Gətirilən avtomobillərə istər texniki, istərsə də ekoloji baxımdan müsbət fikir bildirmək mümkün deyil. Onlara istismara yararsız desək, daha doğru olar. Əsasən Mercedes modellər, Hyundai, KIA, taksi üçün Renault avtomobilləri gətirilir. Mercedesin 2005, 2008-ci il modellərinə üstünlük verirlər. Bu da təbii ki, gömrük rüsumu ilə bağlıdır. Məlumdur ki, insanlar gedib 8-10 minə avtomobil alırlar, burada gömrükdə də 6-8 min manat rüsum ödəyirlər. Avtomobil parkımızı yeniləmək üçün bu rüsumlar imkan vermir. Buna görə də insanlar çox əziyyət çəkirlər və köhnə avtomobillər gətirməyə məcbur olurlar”.

“Gürcüstanda bəzən 2-3 maşından 1 maşın yığırlar”

Elməddin Muradlı həmçinin, avtomobil parkının yenilənməsinin və bunun üçün dövlət rüsumlarının ciddi şəkildə azaldılmasının vacibliyini bildirib: “Nəticədə yol nəqliyyat hadisəsi baş verdikdə biz bunun şahidi oluruq. Bəzən avtomobillər bir neçə yerə parçalanır, sökülür. Bu da ona görədir ki, həmin avtomobilləri Gürcüstanda hissə-hissə yığıb düzəldirlər. Bəzən vurulmuş 2-3 maşından bir maşın yığırlar. Necə olur ki, lap texniki cəhətdən saz olan maşını gətirib Gürcüstanda 7-8 minə satırlar. Hətta gürcüstanlının özü də o qiymətə sata bilir. Amma bizim ölkəyə bu gəlib çıxır 15-16 min manata?! Köhnə avtomobillərin istismardan yığışdırılmasını düşünürük, amma insanları düşünümrük. İnsanları da düşünmək, rüsumları, əlavə dəyər vergisini azaltmaq və yeni avtomobillərin idxalını təmin etmək lazımdır. Məsələn, qeydiyyat rüsumunu ciddi şəkildə azaltdıqdan sonra belə qayda qoymaq olar ki, ölkəyə 2008-ci ildən aşağı maşın gətirilməsin. Yeni avtomobillərin gətirilməsi də yol-nəqliyyat hadisələrinin sayının azalması deməkdir. Biz buna ümid edirik ki, reallaşacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh