Yeniyetmələr niyə evdən qaçır?

Son vaxtlar yeniyetmələrin evdən qaçma halları getdikcə artır.
Bunun əsas səbəbləri nələrdir? Yeniyetmələrin evdən qaçmaması üçün valideynlər nəyə diqqtə etməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, yeniyetmələrin evdən qaçmasının əsas səbəbləri arasında ailədaxili münasibətlərdəki problemlər, valideynlərlə ünsiyyətin zəif olması, emosional diqqət və dəstək çatışmazlığı ön plandadır:
"Bu dövrdə gənclər kim olduqlarını anlamağa və sərhədlərini müəyyən etməyə çalışırlar. Əgər ailə bu ehtiyaclara anlayışla yanaşmır, daim tənqid edir və sərt qaydalar tətbiq edirsə, yeniyetmə özünü sıxılmış və dəyərsiz hiss edə bilər. Sosial mühitin, internetin və dost təsirlərinin də bu qərarlarda rolu böyükdür. Bəzən də evdə zorakılıq, təzyiq və ya emosional istismar halları olur ki, bu zaman yeniyetmə fiziki və ya psixoloji təhlükədən qaçmaq üçün evdən uzaqlaşır".
Psixoloq qeyd etdi ki, problemin həlli üçün ilk növbədə ailədaxili ünsiyyətin gücləndirilməsi vacibdir.
"Valideynlər övladlarını dinləməyi, onların duyğularını qəbul etməyi və onlara hörmətlə yanaşmağı bacarmalıdırlar. Tənqid və cəza yerinə anlayış və dəstək ön planda olmalıdır. Yeniyetmələrə öz fikrini ifadə etmək, qərarlarda iştirak etmək imkanı verilməlidir. Məktəblərdə psixoloji xidmətlər gücləndirilməli, valideynlər mütəmadi maarifləndirilməlidir. Həmçinin riskli davranışlar erkən mərhələdə müəyyən edilərək, psixoloq dəstəyi ilə yönləndirilməlidir. Yeniyetmənin ailədən qaçması problemin özü deyil, altında yatan səbəblərin nəticəsidir və bu səbəbləri anlamaq problemin əsas həll yoludur", - deyə Z.Əyyubova bildirdi.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










