"Yol-nəqliyyat hadisələrində artım var" - Ekspertdən BNA sədrinə CAVAB

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin bu gün tədbirdə verdiyi açıqlama müzakirələr səbəb olub. Belə ki, o, əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 30 faiz, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 6 faiz azaldığını bildirib.
Maraqlıdır bəs, bu göstərilən nəticə reallığı nə qədər əks etdirir?
Məsələ ilə bağlı lent.az-a danışan nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qəzaların azalması barədə verilən məlumatı əsassız sayır: “Açıqlamada “əvvəlki illər” ifadəsi var ki, bu da çox mücərrəd mənadır. Göz qabağında olan odur ki, 2022-ci ilin 2021-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin sayında artım olub. Özü də bu kifayət qədər ciddi artım idi. Ölüm sayında isə 18 faiz artım vardı. Yəni 2021-ci ildə 706 nəfər dünyasını dəyişən var idi, bu rəqəm 2022-ci ildə isə 834-ə yüksəlmişdi. Bütün yol-nəqliyyat hadisələrində artım müşahidə olunur.

Bakı şəhəri respublikanın ən çox avtomobilləşmiş regionudur. Ona görə də bu artım Bakı şəhərində və Abşeron yarımadasında öz sözünü deyir”.
Hüquqşünasın sözlərinə görə, yollarda təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılmasında ciddi heç nə görünmür:
“Bakı və Abşeron yarımadasında yol-hərəkəti təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi bir dəyişiklik yoxdur. Ona görə də hələlik “radikal dəyişikliklərə nail olduq, yol-nəqliyyat hadisələrində zərərçəkənlər azaldı” kimi ifadələr işlədə bilmərik.
Bu statistika onu göstərir ki, azalmadan söz açmaq olmaz”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










