Yol polisi sosial şəbəkələrdə aktiv olmalıdır - Ekspertdən təklif - VİDEO

Yazarlar 19 Fevral 2019 15:55 Oxunub 1779
Yol polisi sosial şəbəkələrdə aktiv olmalıdır - Ekspertdən təklif - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Qayda pozuntuları bizlərdən, yaxud da yaxınlarımızdan birinin həyatına son qoya bilər"

“Bəzi sürücülər təhlükəsizlik kameraları, yol polisi olmayan ərazilərdə yol-hərəkəti qaydalarını pozmağa meylidirlər. Yaxşı haldır ki, onların bu hərəkətlərini videoqeydiyyatçı ilə qeydə alıb sosial şəbəkələrdə yayan sürücülərin sayı çoxalıb. Bu həm də bir ictimai qınaq metodudur. Bunun da faydası get-gedə görünür.”

Bunu Avtosfer.az-a yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, ictimai qınağa cəlbetmə işləri də paralel şəkildə aparılmalı, cəza mexanizmi də kənarda qalmamlıdır.

“Yol polisi sosial şəbəkələrdə aktiv olmalı, bu cür görüntüləri kütləvi informasiya vasitələri yaymadan belə həmin qayda pozan sürücüləri tapıb barəsində tədbir görməlidir. Həmçinin qanunvericiliyə də dəyişiklik etmək lazımdır ki, bu cür videolar onu yayan şəxsin iştirakı olmadan, onu harasa dəvət etmədən sübut kimi təqdim olunsun. Tarix və saat həmin videonun üstündə göstərilirsə sürücülər cərimələnməlidir. Bununla da müəyyən bir nəticə əldə olar.”

Ekspert hesab edir ki, yol polisi təkbaşına bu işin öhdəsindən gələ bilməz. “Ona görə də vətəndaşları da bu işdə aktiv olması yaxşı hal olardı. Çünki bu cür qayda pozuntuları bizlərdən, yaxud da yaxınlarımızdan birinin həyatına son qoya bilər.”

Elməddin Muradlı sosial şəbəkələrdə bu videoları yayan şəxslərin ünvanına səslənən təhqiramiz fikirlər, “satqın”, “işverən” kimi sözlər deyənlərə də müraciət edib.

“Bu cür sözləri yazan klaviatura qəhrəmanları sabah analoji hal ilə üzləşəndə haqdan hüquqdan danışır, şikayəti şikayət dalınca edirlər. Amma öncə bir məsələni nəzərə almaq lazımdır ki, bu vətəndaş olaraq sənin borcundur. Çünki həmin sürücü cəzasız qalarsa eyni əməli yenidən törədəcək. Nəticədə bir gün özünün və ya doğmalarının xəstəxanadan, morqdan xəbərini alanda gec olacaq. ”

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh