Yol polisinin qaçan sürücünü təqib etməsi doğrudurmu? - VİDEO

Cəzalar sərtləşdirilsə də, şəhərdə hərəkətin təhlükəsizliyi üçün kameralar təchiz edilsə də, hələ də avtoxuliqanlıq edən sürücülərə rast gəlmək mümkündür. Avtosfer.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Qəhrəmanlıq edirmiş kimi düşünənlər, bu düşüncə ilə yaşayan, yollarda təhlükə saçan sürücülər çoxdur. Bir neçə gün öncə paytaxt küçələrini biri-birinə qatan şəxsin əməlləri buna əyani sübutdur.
Vaqif Əsədov - BŞBDYPİ-nin bölmə rəisi: "Yolboyu həmin sürücünün başqa qəza törətməməsi ilə bağlı avtopatrul avtomobillərinin müşayiəti ilə təhlükəsizlik təmin edildi və süni tıxacla sürücü saxlanılıdı".
Polisin bu əməliyyatı müşahidə kameraları tərəfindən də qeydə alınıb. Amma bir çoxları polisin təqib etməsini ya düzgün saymır, ya da qanuna zidd hərəkət kimi qəbul edir. Qanun isə yol polisinin müəyyən məqamlarda belə səlahiyyətlər verir.
Vaqif Əsədov - BŞBDYPİ-nin bölmə rəisi: "Düşünürsə ki, yol polisinin bu formada təqib etməsi qanun pozuntusdur, bu əlbəttə səhv qərardı, səhv düşüncədir.Təhlükəsizliyi təmin etmək niyyəti ilə təqib edilməsi nəzərdə tutulur və bu yolla yolboyu digər ağır yol qəza hadisəsinin qarşısı alındı".
Polisin bu səlahiyyəti olsa da, yalnız rəhbər şəxsi icazə və əmri ilə bu təqibi həyata keçirə bilər. Eyni zamanda da, yolda təhlükə yaradan maşının saxlanılması üçün təqibdən əlavə digər üsullardan da istifadə edə bilər. Yola kirpi deyilən qurğunu atmaq, nəqliyyat vasitəsini vurub yoldan çıxarmaq, süni tıxac yaratmaq və s. bu üsullara aiddir. Sadəcə əmlaka ziyan dəyməsin deyə əksər hallarda bu yollara əl atılmır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












