Yol qəzaları Azərbaycanda yüzlərlə can alıb - Rəqəmlər

Yol-nəqliyyat hadisələri insan ölümünün səbəbləri arasında səkkizinci yerdədir. Hər il dünyada avtomobil qəzaları nəticəsində 1,35 milyon adam ölür. Mövcud tendensiyaya görə, ən çox yol-nəqliyyat hadisələri həyat səviyyəsi və gəlirləri yüksək olan ölkələrdə baş verir. Dünya üzrə avtoqəzaların 40%-i gəlirləri yüksək olan ölkələrdə izlənilir.
Avtosfer.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, avtoqəzalarda tez-tez motosikletçilər, piyadalar ölür. Bu qəzalarda ölənlərin cəmi 1%-ni velosipedçilər təşkil edir. Bu ilin ilk altı ayı ərzində Azərbaycanda 342 nəfər avtomobil qəzalarında həyatını itirib. Bu rəqəm 2018-ci ilin analoji dövrü ilə müqayisədə 31 nəfər çoxdur.
Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti orta yaşlı insanlardır. Dünyadakı tendensiya isə bunun əksini deyir. Araşdırmalar göstərir ki, maşınların təkərləri altında adətən ən çox 5 yaşdan yuxarı uşaqlar, eləcə də yeniyetmələr və yaşı 29-dək olan gənclər qalır.
Heç də əksər hallarda qəzaya səbəb sürücülərin maşını sərxoş vəziyyətdə idarə etməsi olmur. Azərbaycanda bu ilin altı ayı ərzində cəmi 12 sərxoş sürücü qəza törədib. Avtoqəzalara ən çox sürət həddini aşma səbəb olur. Yol-nəqliyyat qəzalarının statistikası barədə ətraflı infoqrafikada tanış ola bilərsiz.

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










