Yol qəzalarında ölüm niyə çoxalıb? - Dosent SƏBƏBİNİ AÇIQLADI

Son zamanlar gündəlik yol qəzalarında ölənlərin sayı artıb.
Statistikaya nəzər salsaq görərik ki, son bir həftə ərzində elə olub ki, gün ərzində yol qəzalarında ölənlərin sayı 6-7 nəfər təşkil edib. Araşdırmalar zamanı ölüm hallarının artmasına səbəb kimi yüksək sürətlə yanaşı, bəzi avtomobillərin təhlükəsizliyin standartlara cavab vermədiyi məlum olub.
Bəs görək, təhlükəsizlik cəhətdən qənaətbəxş olmayan həmin avtomobillər hansılardır?
Lent.az-ın sualına Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov cavab verib. O bildirib ki, köhnə avtomobillərin təhlükəsizlik baxımdan tələblərə cavab verməməsi qəzalar zamanı ölüm hallarının artmasına gətirib çıxarır: “İnsan tələfatı ilə nəticələnən yol qəzaları daha çox köhnə nəqliyyat vasitələrinin iştirakı ilə olur. Avropa standartlarına cavab verən təzə maşınların konstruktiv göstəriciləri hadisə zamanı sürücüyə kömək göstərir. Ümumilikdə yol qəzaları 3 yerə ayrılır. İlkin faza, kuliminasiya və son faza qəzaları. Məsələn, ilkin fazada qəza olubsa sürücü çalışır ki, həmin hadisədən çıxsın. Yeni avtomobillərin konstruktiv elementlərinə aktiv təhlükəsizlik elementləri deyilir. Hadisəyə qədər sürücüyə kömək edən tormoz sistemi, görmə qabiliyyəti, təcillənmə, təyinatı və s. həmin elementlərə daxildir. Ancaq köhnə maşınlarda bunlar yoxdur. Bu səbəbdən sürücü qəza zamanı hadisədən çıxa bilmir. 20-30 ilin avtomobilləri, həmçinin Rusiya istehsalı olan avtomobillərə qəza zamanı çox zərər dəyir. Sürücülər də həmin maşınları konstruktiv quruluşuna görə, qəzadan qurtara bilmir.
Başqa elementlər də var ki, passiv elementlər adlanır. Onlar hadisə zamanı müəyyən qədər az zərər verir. Bu elementlər də həm daxili, həm də xarici passiv elementlərdir. Sükanın rahatlığı, tormoz yastıqları, təhlükəsizlik kəməri daxili passiv elementlərdir. Yeni nəqliyyat vasitələrində qəzadan sonra sərnişin və sürücünün salondan çıxmasında çətinlik olmur, yanacaq çəni partlamır. Amma köhnə maşınlarda bu yoxdur. Həmçinin, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyi proqramı var. Bütün bunlar orada nəzərdə tutulub. Amma onun icrası çox zəif gedir. Qəzalarda zərərin az olması üçün köhnə avtomobillər istismardan çıxarılmalıdır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










