Yollarda ölüm saçanlar: Motosiklet və mopedlərə də nömrə tələbi qoyulacaq?
Yazarlar
11 Noyabr 2021 20:43

Ölkəmizdə motosiklet idarə edənlər də avtomobil yollarından istifadə edirlər. Bu da mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin yaşanmasına səbəb olur. Son zamanlar isə, xüsusilə, "Bolt”, "Wolt” kimi daşıma şirkət əməkdaşlarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə edilir. Əsas problemlərdən biri də həmin nəqliyyat vasitələrinin tanınma nişanlarının olmaması və buna görə də kameralardan asanlıqla yayına bilmələridir.
Mövzu ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sfera.az-a açıqlamasında deyib ki, hazırda motosiklet, skuter və moped, eləcə də velosiped sürücüləri ilə əlaqəli vəziyyət heç də ürəkaçan deyil:

"Onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri qeydə alınır və sayı getdikcə artmaqdadır. Bu tipli nəqliyyat vasitələrini idarə edən sürücülər üçün ayrıca bir zolağın olması daha yaxşı olardı. Amma Azərbaycanda, xüsusən Bakı şəhərində yol şəbəkəsi elə qurulub ki, artıq bundan kənara çıxmaq mümkün deyil. Paytaxt boğulmaq üzrədir, yollar tükənib, yolların eni-uzunluğu ürəkaçan səviyyədə deyil. Bu gün sözügedən problemlərin çoxu da buna görə yaşanır. Onlayn çatdırılma xidmətlərində daha çox moped, motosiklet, velosiped sürücülərinin əməyindən istifadə olunur. Onlar da təəssüflər olsun ki, çatdırılma işini tez yekunlaşdırmaq üçün yüksək sürətlə hərəkət edirlər, müxtəlif qayda pozuntularına yol verirlər, piyada keçidlərində piyadaları gözləmirlər, yol ayrıclarını necə gəldi keçirlər, işıqforun qırmızı işıq tələbini pozurlar və s. Sanki qaydalar onlara aid deyil. Amma yol hərəkəti haqqında qanuna baxsaq, görürük ki, adını çəkdiyimiz bu nəqliyyat vasitələrinin sürücüləri üçün də qaydalar yazılıb və inzibati xətalar məcəlləsində bu qayda pozuntularına görə məsuliyyət nəzərdə tutulub. Görünür, nəzarət mexanizmi zəifdir, cəza tədbirləri tətbiq edilmir, ona görə bu cür hallar baş verir”.

Ekspert bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb:
"Hansısa güzəştə, göz yumma hallarına yol vermək olmaz. Bu onların bir növ həyatını xilas etmək üçün də vacibdir. Çünki özləri məsuliyyətlərini dərk etmirlər. O zaman iş polisin, nəzarət qurumlarının üzərinə düşür ki, onları qayda-qanuna əməl etməyə dəvət etsinlər. Dəfələrlə xəbərdarlıq olunub, tövsiyələr verilib, təhlükə səviyyəsi izah edilib, amma həmin sürücülər bunu anlamırlar. Ona görə sərt cəza tədbirləri və nəzarət mexanizmi olmalıdır. Təklif var ki, moped sürücülərinə də hansısa formada sürücülük vəsiqəsinin verilməsi tələb olunsun, mopedlərin də nömrə nişanı olsun. Fərqləndirici nömrənin olması vacibdir. Çünki qayda pozurlar, üzərlərində heç bir nömrə, tanınma nişanı olmadığına görə kameralar, xüsusi texniki vasitələr onları qeydə ala bilmirlər.
Velosipedçilər də, həmçinin məsuliyyətdən kənarda qalmamalıdırlar. Onlar barəsində də müvafiq qaydada cəza tədbirləri görülməlidir. Amma ilk növbədə mexanizm, hüquqlar, vəzifələr izah olunmalıdır. Sosial şəbəkələrdə, saytlarda, televiziyalarda, radiolarda bu qaydalar çatdırılmalıdır. Səmimi şəkildə deyirəm, moped sürücülərinin əksəriyyətinin heç xəbəri yoxdur ki, yol hərəkəti haqqında qanunda onlar haqqında qaydalar yazılıb. Müəyyənləşdirmək lazımdır ki, motosiklet sürücücü kimdir, moped, velosiped sürücüsü kimdir, onların vəzifələri nələrdir? Bir müddət ciddi təbliğat aparmaq, ardınca ağıllanmayanları qanun çərçivəsində ağıllandırmaq lazımdır”.

Oxunub : 3442
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












