Yollardakı oğurluqlar: dəmir barmaqlıqlar, nişanlar, çəpərlər...

Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Nobel prospektidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, prospektdə qısa müddət ərzində 97 ədəd barmaqlıq yoxa çıxıb. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.
Oğurluq faktı ilə əlaqədar olaraq agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Analoji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır. Sözügedən faktlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin olunacaq.
Qurumun mətbuat katibi Anar Nəcəfli açıqlamasında bu kimi faktlarla bağlı məlumat verib: "Bəzən magistrallarda yol nişanları da oğurlanır, lakin bu tək-tək hallarda baş verir. Məsələn, öncələr Ələt-Astara yolunda bu kimi hallarla qarşılaşırdıq. Artıq bu cür hadisələr bir qədər azalıb. Yol kənarına quraşdırılan çəpərin tor hissəsini kəsib götürürdülər. Lakin artıq bu kimi hallar olmur".
"Hazırda havalimanına gedən yolda, Mərdəkan-Zağulba yolunda, Ziya Bünyadov prospektində və bu kimi kənar yol və prospektlərdə tez-tez belə hadisələr qeydə alınır. Əsasən bu cür barmaqlıqlar oğurlanır və həmin şəxslər qısa müddətdə də kameralar vasitəsilə aşkar edilərək tapılır", - deyə A.Cəfərli əlavə edib.
O bildirir ki, oğurluq halları aşkarlandıqda onları oğurlayan şəxsin tapılmasını gözləmədən barmaqlıqları alaraq yerinə quraşdırırlar.
Qeyd edək ki, oğurlanan barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub. (Sputnik Azərbaycan)
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










