YPX avtomobillərinin maketi hadisələrin qarşısını alacaqmı? - Eksper

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti avtomobilinin maketinin avtomobil yollarında tətbiqi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, ölkədə yol hərəkəti qayda pozuntularının qarşısının alınması, sürücü intizamının möhkəmləndirilməsi və yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə avtomobil yollarında yol-patrul xidməti avtomobillərinə bənzər maketlərin quraşdırılmasına başlanıb. Həmin maketlərə kamera və YPX əməkdaşları vasitəsilə nəzarət həyata keçirilir. Dövlət əmlakı olan maketlərə ziyan vurulması məsuliyyət yaradır.
Bəs bu maketlərin quraşdırılması nə dərəcədə əhəmiyyətli olacaq?
Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Azadinform-a danışıb: “Yol hərəkəti qaydalarının pozulması və nizam-intizamın yaradılması məsələsi kompleks bir yanaşma tələb edir. Yəni qayda pozulduqda artıq hər şey bəlli olur və onlarla necə işləmək lazım olduğunu bilirik. Bu cür insanlara güzəşt olunmamalıdır, qanun qarşısında cavab verməlidir. Onlarla profilaktik işlər aparılmalıdır. Xüsusən də Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Yol-hərəkəti Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı” əsasında müəyyən addımlar atılsa, bir çox dəyişikliklər olacaq. Dünyanın bir çox ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. Deyərdim ki, hələ də gec deyil, bir növ zərurət yaranarsa, hər şeyə sıfırdan da başlamaq olar”.
Ekspert əlavə edib ki, YPX avtomobillərinin maketinin quraşdırılması da təbliğatın bir növüdür: “Amma tam olaraq hadisələrin qarşısını alacağını düşünmürəm. Bu gözlənilən nəticə deyil. Sadəcə müəyyən nöqtələrdə sürücülərə mesaj verilir ki, qaydaları pozmasınlar. Ona görə də bunun sadəcə nəzarət mexanizmlərindən, təbliğat vasitələrindən biri olduğunu düşünürəm. Amma bunun da müəyyən qədər təsir imkanları olacaq. Mikroavtobus və şəxsi avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülər var ki, onlar yol polisinin, radarların, kameraların yerini əzbər bilir. Və çox sürətlə hərəkət edərək qayda pozur, radara çatdıqda isə sürəti azaldırlar. Ona görə də bunlar stasionar deyil, mobil qurğulardır. Yeri tez-tez dəyişdirilir. Onlar üzərində radar və digər qurğular da quraşdırılarsa, sürücülər üçün müəyyən bir təsir mexanizmi ola bilər. Hər bir halda düşünürəm ki, bundan da yaxşı və təsirli addımlar atılmalıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












