Zibil atmağın cəzası – acı təcrübə

Avtosfer.az saytında küçəyə zibil atan “Honda” sürücüsünü gördükdə özümün xaricdə rastlaşdığım bir hadisə yadıma düşdü. Təxminən 10 il əvvəl Fransanın Bezanson şəhərində stajda olarkən oradakı azərbaycanlı bizim fransız dili müəlimlərindən biri ilə yerli çıxdı. Fransada yaşayan azərbaycanlı bizim müəllimi axşam 20.00-da qonaqlığa aparmağa gələcəyini dedi. Sonrasını necə olduğunu bilmirəm, amma səhəri gün bu azərbaycanlı pəjmürdəhal gələrək bizim onu zibilə saldığımızı dedi.
Sən demə, o, qonağını gözləyərkən tramvay xəttinin üstündə dayanaraq siqnal verib. Sonra isə maşına oturan qonaq siqaret qutusunu yerə atıb. Hansısa fransız da bunu polisə xəbər verib. Gecəliklə cərimə evinə yollanıb. Bəs Bezansonda yaşayan azərbaycanlı nə qədər “zibilə düşüb”? Fransa qanunvericiliyinə nəzər salaq:
Hər 3 xəta 1-ci kateqoriyaya daxil olub ayrı-ayrılıqda 135 avro cərimə ilə cəzalandırılır. Bu zaman sürücülük vəsiqəsindən bal çıxılmır. Yəni 1 qonaq Fransa büdcəsinə 400 avro xeyir verib.
Konkret zibil atmağa gəldikdə isə, qadağan olunmuş yerə zibil atmağın cəzası 135 avrodur. 45 gün ərzində ödənilmədikdə cərimə 375 dollara qalxır. Əgər sürücü qadağan olunmuş yerə zibil daşımaq üçün öz avtomobilindən istifadə edərsə, məhkəmə 750 avro və daha yüksək cərimə tətbiq edə bilər. Avtomobilin müsadirə olunması da mümkündür.
PS. Həmin dövrdə tramvay istismara verilməsə də, sürücülər gündüz vaxtı təlim keçirdilər: boş tramvay gəlib dayanacaqda dayanır, qapılar açılır və müəyyən vaxtdan sonra bağlanaraq hərəkətə keçir. Beləcə, həm maşinistlər peşəkarlaşır, həm də xəttə nəzarət edənlər nöqsanları aradan qaldırır. Bu səbədən də, ölümcül qəzalar nadir hallarda baş verir, dar küçələr yüklənmir.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










