Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO

Neftçala rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən yol nişanlarından biri istifadəyə yararsız vəziyyətə düşüb.
Bu barədə Avtosfer.az-ın qaynar xəttinə müraciət edən izləyicilərdən biri fotoşəkil göndərərək məlumat verib. Fotodan görünür ki, “Neftçala Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış “STOP” yol nişanının rəngi günəş şüalarının və hava şəraitinin təsirindən tamamilə solub. Bu səbəbdən nişan uzaq məsafədən seçilmir və sürücülər üçün görünməz vəziyyətə düşüb.
İzləyicinin sözlərinə görə, ərazidən keçən bəzi sürücülər nişanı vaxtında fərq etmədikləri üçün dayanmadan hərəkətlərini davam etdirirlər. Bu isə həm yol hərəkəti təhlükəsizliyi baxımından risk yaradır, həm də bəzi hallarda sürücülərin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur.
Vətəndaş aidiyyəti qurumlardan sözügedən yol nişanının yenisi ilə əvəz olunmasını və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edib.
Nərmin
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: 3 bal100 manat cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO













