24 yaşlı sahə müvəkkili “Toyota” ilə 3 piyadanı vurdu; 1 ölü, 2 yaralı - VİDEO (YENİLƏNİB 2)

İyunun 9-da Rusiyanın Voronej şəhərində 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzasına səbəb olan 24 yaşlı sahə müvəkkili, avqustun 8-nə (2 aylıq) kimi ev həbsinə göndərilib. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Voronej vilayəti üzrə İstintaq İdarəsinin saytında məlumat dərc edilib.
10 İyun 2020-ci il <><><><><>20:18<><><><><><>
Rusiyanın Voronej şəhərində 1 nəfərin ölümü, 2 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol qəzasının yeni görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, kadrlarda, polis zabitinin “Toyota” markalı avtomobili yüksək sürətlə idarə etdiyi və əks zolaqdan gələn maşınla toqquşmamaqdan ötrü azacıq manevr edərək sükan idarəetməsini itirərək yoldan çıxdığı görülür.
10 İyun 2020-ci il <><><><>12:40<><><><>
Rusiyanın Voronej şəhərində minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 9-da “Lenin” prospektində qeydə alınıb.
Məlumata görə, 24 yaşlı sahə müvəkkili idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkət olarkən sükan idarəetməsini itirib və yoldan çıxaraq mağazanın qarşısında irəliləyən 3 piyadanı vurub.
Qəza nəticəsində piyadalardan bir aldığı xəsarətlərdən dünyasını dəyişib, digər 2-si isə xəstəxanaya yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Voronej əyaləti üzrə regional qrupundan bildirilib ki, hadisə zamanı polis zabiti şəxsi avtomobilini idarə edib və həmin vaxt xidmətdə olmayıb. O, sükan arxasında ayıq olub.
Hazırda 24 yaşlı polis əməkdaşı saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












