27 il işğalda qalan Şahbulaq qalasından reportaj - FOTO - VİDEO
Qarabağ bölgəsində yerləşən tarixi abidələrimizdən biri də, Şahbulaq qalasıdır. Bu qala 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib. Qalanın adı yaxınlığındakı gursulu bulağın adından götürülüb. Şahbulaq qalası bir müddət Qarabağ xanlığının inzibati mərkəzi olub. Müdafiə tipli tikili olan qalanın coğrafi mövqeyi əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qala sıldırım qayalarla hərtərəfli örtülmüşdü, təhlükəsiz yer idi. Lakin bir müddət sonra yaxınları Pənahəli xana daha təhlükəsiz yerdə yeni qalanın inşasını məsləhət görürlər. Beləliklə Şuşa qalasının inşasına qərar verilir. Yeni qalanın tikintisində Şahbulaq qalasının memarlığından istifadə olunub. Mərkəz Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrilir.
![]()
"Qafqazinfo"nun əməkdaşları Şahbulaq qalasında olub, qalanın hazırkı durumunu lentə alıb.
Məlumat üçün bildirək ki, Şahbulaq qalası Ağdərəyə gedən yolun üstündə, sol tərəfdə yerləşir. Yolun davamında isə Ağdamın Qızılı Kəngərli, Boyəhmədli və Papravənd kimi kəndləri var. Memarlıq abidəsi 1990-cı illərə - Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdama gələn bütün əcnəbi qonaqlar mütləq bu abidəni ziyarət edirdilər. Lakin 1993-cü il iyulun 23-dən Ermənistanın işğalı altına düşən abidə vandal erməni əsgərləri tərəfindən nişangah kimi istifadə olunub, ağır artilleriya və tank atəşlərinə məruz qalıb. Nəticədə abidənin mühafizə divarlarına ciddi zərər dəyib.
![]()
Şahbulaq qalasının memarlıq quruluşu ermənilər tərəfindən dəyişdirilib. 2016-cı ildə abidənin giriş qapısının önünə sağ və sol tərəfi oval xarakterli tikinti quraşdırılıb. Bu isə abidənin keçən əsrin əvvəllərində çəkilən layihə-smeta sənədlərində öz əksini tapmır. 2017-ci ildə bu abidə Ermənistanın Qarabağda keçirdiyi hərbi manevrlər zamanı yenidən atəş altına düşüb və abidəyə edilən əlavənin sol küncü uçurdulub. Abidənin divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları ilə əvəz olunub.
![]()
Erməni saxtakarlığı təkcə bununla bitmir. Belə ki, Ağdam işğal edildikdən sonra ermənilər digər ərazilərimizdə olduğu kimi, burada da qondarma tarix iddialarını irəli sürüblər. Nəticədə 2006-cı ildə Şahbulaq qalası ətrafında qanunsuz genişmiqyaslı qazıntılar aparılıb. Erməni alimləri iddia ediblər ki, guya dırnaqarası qədim erməni dövlətinin paytaxtlarından biri olan “Tiqranakert” elə Şahbulaq yaylağında imiş... Əsas girişdən içəri daxil olanda həyətin ortasında hovuz, skamyalar və ağaclar var.
![]()
Ermənilər ikinci Qarabağ müharibəsi zamanı muzeyi talan edərək Şahbulaq ərazisində aparılan qazıntılar zamanı aşkar olunan materialları Ermənistana daşıyıblar. Hazırda muzey ərazisi tamamilə boşdur. Muzey otaqlarında erməni dilində yazılmış qondarma tarixlə bağlı lövhələrə də rast gəlmək mümkündür. Təbii ki, bu qondarma tarixin heç bir əsası yoxdur. Reallıq və həqiqi tarix ondan ibarətdir ki, hazırda Şahbulaq qalasında üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












