Avtoxuliqanın əzdiyi maşınlardan biri Avropa çempionunun avtomobilidir - FOTO/VİDEO

“Dünən Yasamalda Nazim Hikmət küçəsində baş verən hadisədə mənim maşınım da zərər gördü”.
Bu barədə Oxu.Az-a taekvondo üzrə Avropa çempionu İlkin Şahbazov deyib.
Hazırda azyaşlı uşaqlardan ibarət taekvondo millimizin baş məşqçisi olan İlkin Şahbazov hadisənin təfərrüatını danışıb:
“Saat 14:00 radələri olardı. Həmin vaxt “ASAN Xidmət” tərəfdə tıxac vardı. Bir də gördük ki, bir maşın digər avtomobilləri vura-vura gəlir. Onu yol polisi əməkdaşları təqib edirdi, bu da onlardan qaçırdı. Sürən şəxsin maşınında uşağı və həyat yoldaşı da vardı. Yayılan videoda qışqırıq səsi həmin qadından gəlir. Həmin avtoxuliqanı maşından pəncərəsini qırmaqla çıxartmaq mümkün oldu. Polis əməkdaşının buna görə əli qanamışdı”.
34 yaşlı İlkin Şahbazov bildirib ki, ona məxsus olan ağ “Hyundai Sonata” markalı, 10-OU-955 dövlət seriyalı avtomobilin arxa hissəsi zərər görüb:
“O, polisdən qaçmaq istəyərkən iki dəfə irəli-qabağa sürüb, mənim maşınımı da vurdu”.
Qeyd edək ki, dünən polisin “saxla” əmrinə tabe olmayan “Volkswagen” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək, 10-a yaxın maşına zərər verib. Həmin avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, o, cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












