Bakıda avtobus sürücüsü qapını əlində aparır - YENİLƏNİB + VİDEO

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.
Sürücü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib. 106 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qəzaya uğradığı və qaraja yollandığı ehtimal olunur.
Sosial şəbəkələrdə avtobusun qapısını əlində saxlayaraq sükanı idarə edən sürücünün videosu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) oxu.az-a verilən məlumata görə, sözügedən 106 nömrəli avtobus yol nəqliyyat hadisəsindən sonra bu vəziyyətə düşüb: “Hadisə bu gün saat 10:40 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb. Sözügedən küçədə “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99-RU-659 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sol ön hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.
oxu.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












