Bakıda avtobusların hərəkəti necə tənzimlənir? - Böyük monitorlar olan otaqdan VİDEOREPORTAJ

Müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaların təşkilində vacib məqamlardan biri də hərəkətin intelektual idarə olunmasıdır. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bununla bağlı zəruri tədbirlər görülür.
Avtosfer.az Mərkəzdə çəkiliş apararaq iş fəaliyyətini araşdırıb. Belə ki, iri monitorlar vasitəsilə əsas nəqliyyat yükü olan və avtobusların daha çox hərəkət etdiyi yollara nəzarət edilir. Xüsusilə avtobusların hərəkəti, dayanma-durma qaydalarını pozan sürücülər diqqət mərkəzində saxlanılır.
Mərkəzin əməkdaşları mütəmadi olaraq məlumatları toplayır və ərazidə olan əməkdaşlarına ötürür. Nəticədə tənzimləmə prosesi həyata keçirilir. BNA rəsmisi Vüqar Məmmədzadə Avtosfer.az-a bildirib ki, İntellektual İdarəetmə mərkəzinin əməkdaşları mütəmadi olaraq prosesi nəzarətdə saxlayır və hər hansı sıxlıq olarsa bu barədə məlumat verilir. Eyni zamanda hazırda metronun fəaliyyət göstərməməsi də müəyyən çətinliklər yaradıb. Sıxlıq olduqda həmin əraziyə dərhal avtobuslar göstərilir.
Ətraflı videoreportajda:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












