Bakıda "avtoş" yol polisdən qaçmaq üçün bir maşını əzdi, bardürün üstündən... - ŞOK VİDEO

Sentyabrın 13-ü paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində avtoxuliqanlıq edən 90 PK 093 dövlət nömrə nişanlı, "Lada Priora" markalı avtomobilin sürücüsü 28 yaşlı Kənan Məmmədli saxlanılıb. Yol polisi əməkdaşları Neftçilər dairəsində ona saxlama işarəsi verib. Sürücü qarşıda sveteforda dayanan 99 TF 693 dövlət nömrə nişanlı, "Renault" markalı avtomobili vuraraq yoldan çıxarıb qaçmağa çalışıb.
YPX əməkdaşlarının yaxınlaşdığını görərək sola manevr edib və bardürün üstündən qarşı yola çıxaraq hadisə yerindən qaçıb. Lakin 99 YP 279 dövlət nömrə nişanlı YPX avtomobilin ekipajı az sonra həmin nəqliyyat vasitəsini saxlayıblar. Hazırda avtomobilin cərimə meydançasındadır. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilib.
Məlum olub ki, Kənan Məmmədli bir neçə ay əvvəl 714 manat cərimə borcunu ödəmədiyi üçün sürücülük hüququndan məhrum edilib. Hal-hazırda sürücülük hüququ yoxdur. Bütün bunlar nəzərə alınmaqla məhkəmə onun barəsində yenidən 1 il sürücülük hüququndan məhrum etməklə 20 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















