Bakıda pandus problemi: Agentliklər nəyi gözləyir? - FOTO

Paytaxtın bir çox küçə və prospektlərində pandusların olmaması səbəbindən piyadalar, əsasən də uşaq və əlil arabası ilə hərəkət edən piyadalar çətinliklə üzləşirlər. Bu problemlərdən biri də paytaxtın Zığ yolunda, daha dəqiq desək Zığ və Suraxanı qəsəbəsini birləşdirən avtomobil yolundadır. Həmin yoldan piyada kimi istifadə edən İlkin Babayev adlı oxucu Avtosfer.az-a şikayət ünvanlayaraq bildirib ki, səkidən yola düşən hissələrin heç birində panduslar təşkil edilməyib. Bu məsələnin həll edilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) və Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlayan İ.Babayevə AAYDA-dan bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səkilərdə pandusların qurulması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri çərçivəsindədir.

O, daha sonra eyniməzmunlu şikayətlə BNA-ya da müraciət edib. Lakin BNA-dan bildirilib ki, həmin ərazidə infrastruktur problemi olduğundan hal-hazırda pandusların inşası mümkün deyil.
.jpg)
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən yolda pandusların düzəldilməsi üçün səkilərin davamlılığı zəruridir: “Təqdim edilən fotolardan da aydın görünür ki, yolda təmir işləri aparılarkən bəzi səhvlərə yol verilib ki, bunun nəticəsində də səkilərin davamlılığı təmin olunmayıb. Avtobuslar üçün ciblərin düzgün təşkil olunmaması belə səhvlərdəndir. Bütün bu hallarla bağlı bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı tərəfimizdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edilib, həmçinin işçi qaydasında ərazidə görüş keçirilib. Əlbəttə ki, bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra pandusların təşkili təmin ediləcək”.
Təbriz
.jpg)
.jpg)
.jpg)
.jpg)
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












