Piyadaların yolunu kəsənlərə qarşı reyd keçirildi - Biabırçı hallar aşkarlandı - VİDEO

Binəqədi rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd zamanı piyadaların yolunu kəsən sürücülərlə yanaşı avtoxuliqanlıq edənə də rast gəlinib. "Chevrolet" markalı avtomobili yüksək sürətlə idarə edərək özünün və digərlərinin həyatını təhlükəyə atan Xəyal Hidayət oğlu Tanırverdiyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Törətdiyi əməldən peşman olduğunu deyən Xəyal Tanırverdiyevin işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Reydin məqsədi təkcə avtoxuliqanlıq hərəkətləri edənlərə qarşı deyil, piyada səkilərini bağlayıb piyadaların və digər hərəkat iştirakçılarının həyatını təhlükəli vəziyyətə salanlar da oldu.
Binəqədi rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev bildirib ki, yol kənarında yerləşən emalatxanlara xəbərdarlıq olunsa da, onlar bildikləri kimi öz işlərini davam edirlər: "Köhnə, istismara yararsız maşınları atıblar səkilərin üstünə, piyada məcbur qalib, çıxır nəqliyyatın qarşısına. Nəticədə hadisə törənir".
Vətəndaşlda isə bildirib ki, səkilərdə dayanan köhnə maşınlara görə onlar yolda qaça-qaça hərəkət etməli olurlar: "Burada nə qədər qəzalar olur. Bu maşınlar bizə çox maneçilik törədir. Bizim həyatımız təhlükədədir. Ona görə də tədbir görmək lazımdır. Bəli, piyadaların həyatı həqiqətən də təhlükədədir. Buna səbəb ətrafda olan, istifadəsiz, yararsız avtomobillərin təmir adıyla bura yerləşdirilməsi və hələ də təmir olunmamasıdır. Buna görə də piyadalar məcburi şəkildə yolun kənarında gedirlər, bu da onların həyatı üçün təhlükəlidir".
Baş inspektor Pərviz Allahverdiyev bildirib ki, piyada üçün nəzərdə tutulmuş yerləri tək avtomobillər yox, ustalar armaturla elə bağlayırlar ki, piyada heç cür piyada zolağı ilə hərəkət edə bilmir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












