Bakıda "Prado"nu işlək vəziyyətdə qoyan sürücünün maşını belə qaçırıldı - VİDEO-FOTO

Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb. Zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib. Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq nəqliyyat vasitəsini dayandırmaq istəməsə də, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzəağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, sürmək məqsədi ilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsi ilə qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt ərazisində yerləşən restoranlardan birində kuryerlik fəaliyyəti ilə məşğul olan bir nəfərin mopedini oğurlayan Xanlar Vəlişov və Seymur Sadıqov tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər qeyd edilən restorandan yaşadıqları evə yemək sifariş ediblər. Kuryer yeməyi mənzilə qaldıran zaman əvvəldən razılaşdırdıqları kimi dəstə üzvü olan Seymur Sadıqov mopedi idarə edərək hadisə yerindən yayınıb. Dəstə üzvləri saxlanılan zaman oğurladıqları moped də onlardan aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fidan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO




















