Bakıda qayda pozan sürücülər: "protiv" çıxan, qoşa xətti saymayan, harda gəldi saxlayan... - VİDEO
Paytaxtın müxtəlif küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü "İnşaatçılar" prospektində qoşa xəttin tələbini pozaraq sola dönür. Bununla da digər sürücülər üçün təhlükə yaradır.
İkinci qayda pozuntusu "Azadlıq" prospektində qeydə alınıb. 90 PH 894 dövlət nömrə nişanlı, "Khazar" markalı avtomobilin sürücüsü tuneldən çıxanda qoşa xəttin tələbini pozaraq geriyədönmə edir. Qeyd edək ki, adıçəkilən ərazidə bu, adi hala çevrilib.
Növbəti qayda pozuntusu isə Şərifzadə küçəsində baş verib. Belə ki, 40 BN 115 dövlət nömrə nişanlı, "Lada" markalı avtomobilin sürücüsü geriyədönmə yerindən əks istiqamətə çıxır və axına qarşı hərəkət edir.
Digər qayda pozan sürücü isə Bayıl qəsəbəsində - "Manqal" restoranının yanında kameraya düşüb. 99 MS 673 dövlət nömrə nişanlı, "Volkswagen" markalı avtomobilin sürücüsü güzgüyə baxmadan yola çıxır. Arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır. Sanki yolu alıb, behini də yenicə verib...
Bəsti Bağırova küçəsində isə sözün əsl mənasında hərc-mərclik hökm sürür. Belə ki, orda dayanma-durma üçün müvafiq şərait yaradılsa da sürücülər yenə ikinci cərgədə avtomobil saxlayır və gediş-gəlişi çətinləşdirir.
Videonu təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












