Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ
Bu gün xüsusi karantin rejimi qaydaları qüvvəyə minir və Bakı şəhər ərazisində bir neçə yerdə post qurulub. Postlarda xidmət aparan yol polisi əməkdaşları nəqliyyat vasitələrini hərəkətini tənzimləyir, onların icazəsinin olub-olmamağı barədə yerindəcə araşdırma aparılır.
Avtosfer.az-ın əməkdaşları da bu gün Bakı şəhər ərazisində yol polisini təşkil etdiyi tədbirləri izləyib və müşahidələr aparıb. Belə qənaətə gəlmək olar ki, vətəndaşlarımızın əksəriyyəti qoyulan qaydalara uyğun hərəkət edir və şəhərdə nəqliyyat vasitələrin sayında xeyli azalma var. Hətta bəzi küçə və prospektlərdə 30 saniyədən bir dəqiqəyə qədər məsafədə bir-iki avtomobil görmək mümkündür. Bu da qoyulan qaydalara sürücülərin yanaşmasını göstərir.
Təəssüflər olsun ki, təxminən 5 saatlıq çəkiliş müddətində 20-ə yaxın qayda pozan sürücü də aşkarlandı və onlar barəsində inzibati protokol tərtib olundu. Çəkiliş zamanı icazəsiz sərnişin daşıyan sürücülərə və karantin rejimi qaydalarından xəbərsiz sürücülərə də rast gəlinib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, artıq məlum göstərişlə əlaqəli Bakı şəhərinin inzibati ərazisi bütövlükdə yol polisi tərəfindən tam nəzarətə götürülüb. “Polis gücləndirilmiş iş saatında xidmətini davam etdirir. Eyni zamanda Bakı şəhər üzrə yoxlama və buraxılma məntəqələrində hərəkətdə olan nəqliyyat vasitələrinin saxlanılır. Gün ərzində 500-dən artıq nəqliyyat vasitəsi yol polisləri tərəfindən saxlanılıb və müvafiq olaraq qaydalara uyğun hərəkət etməyən 20 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddənin tələblərinə uyğun protokol tərtib olunub.
Elməddin Muradlı
Orxan Əli
Gültən Qədirli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO


















