Bakıda yolun ortasına əkilmiş ağaclar sürücülərə təhlükə yaradır - DİQQƏT! - VİDEO

Bakının Yeni Ramana yolunda (Buta Palace-ın yaxınlığında)yerləşən dairəyə əkilmiş ağaclar sürücülərə təhlükə yaradır. Bu barədə bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, sözügedən dairənin həm özündə, həm də dairənin bilavasitə qarşısındakı adacıqlarda ağaclar əkilib. Həmin ağaclar kifayət qədər qollu-budaqlı olduğuna görə sürücülərin görünüş dairəsini məhdudlaşdırır. Qeyd edək ki, ağaclar həmin əraziyə yeni əkilib. 1-2 ildən sonra qol-budaq ataraq sürücülərin görünüşünü tam şəkildə məhdudlaşdıracaq. Ona görə də aidiyyəti qurumlar indidən tədbir görməlidir.
Görünmə bucaqları normal olmalıdır ki, fərqli istiqamətdən gələn nəqliyyat vasitələrinin sürücüləri bir-birini görə bilsinlər. Onu da təmin etmək üçün yaşıllıqların hündürlüyü 70 sm-dən yuxarı olmamalıdır və yaxud da nəhəng ağaclar olsa aşağıdan 2 metrlik hündürlükdə gövdələrindəki budaqlar təmizlənməlidir.
Lakin problemin köklü həll olunması üçün yaxşı olardı ki, əkilmiş ağaclar oradan çıxarılaraq başqa yerə köçürülsün.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












