Bakını tüstüyə qərq edən avtomobil - "Lexus" və duman - VİDEO

Bakıda ekologiyaya ciddi ziyan vuran avtomobilin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 99-VC-252 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü paytaxt küçələrinin birində dayanan zaman işlənmiş qazların xaricetmə sistemindən çıxan tüstü hər yeri görünməz edib. Bunun səbəbi isə mühərrikdə olan nasazlıqdır.
Qeyd edək ki, Dövlət Yol Polisi idarəsi ekoloji cəhətdən yararsız olan avtomobillərlə bağlı mütəmadi olaraq reydlər keçirir. Sürücülər barəsində inzibati tənbeh tədbirlər görülməsinə baxmayaraq onlar yenə də bu nasazlıqları aradan qaldırmağa çalışmırlar. Düşünürlər ki, avtomobilin nasazlığına görə cərimə yazılıbsa hər şey bununla bitir. Sözsüz ki, cərimə yazılmasına baxmayaraq bu nasazlığın aradan qaldırılması mümkün olmadıqda sürücü təkrar cərimələnə bilər.
Sürücülərə tövsiyə edirik ki, avtomobildə yaranmış nasazlığa görə normadan artıq işlənmiş qaz və ya çirkli tüstü çıxarsa bu zaman mühərrik ustalarına müraciət etsinlər. Vaxtında edilən müraciət həm ekologiyaya, həm də avtomobilinizə digər ziyanın vurulmasının qarşısını alacaq.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












