Balakəndəki dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Balakəndə baş verən yol nəqliyyat hadisəsinin dəhşətli görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. Paylaşımda qeyd edilən məlumata görə, hadisə Balakəndə Heydər Əliyev prospektində sentyabrın 11-də baş verib.
Belə ki, prospekti ilə irəliləyən avtomobilinin sürücüsü qəfildən idarəetməni itirərək yolun kənarındakı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.
İddia edilir ki, qəza sürücünün səhhətində yaranan problem üzündən baş verib.
***
Sosial şəbəkələrdə Balakəndə avtomobilin hərəkətdə olarkən aşmasını özündə əks etdirən videogörüntülər paylaşılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Balakən şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü, rayon sakini Cavid Həsənov səhhətində yaranan problemlə əlaqədar anidən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, ətrafdakı avtomobillərə ziyan dəyib. Sürücüyə isə ilkin tibbi yardım göstərilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Oxu.Az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












