"Baqaj"dan uçan taxta qəzaya səbəb oldu: "Prado" aşdı, "Opel" çevrildi - REAL VİDEO
Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, yükdaşıma qaydalarını pozan VAZ 21 07 markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə düzəldilmiş "baqaj" yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir. “Prado”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaşdırır. “Opel” sürücüsü isə idarəetməni itirərək “Prado” ya çırpılır. Nəticədə “Prado” açaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyib dayanır.
Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan VAZ 21 07-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir. Avtosfer.az bu dəhşətli qəzanın görüntülərini təqdim edir:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












