Bir litrlik bu balon maşınınızı yanğından qoruyacaq - DYP-dən SOSİAL ÇARX
Son illər avtomobillərin hərəkətdə olarkən və dayanarkən qəflətən yanması halları tez-tez baş verir. Bu məqsədlə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı Kaspi -Yıldız şirkətinin dəstəyi ilə yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayıb. Sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri yanğınsöndürən balondan istifadə qaydaları ilə bağlı maarifləndirmək, eləcə də həmin balonun avtomobildə olmasını təmin etməyə təşviq etməkdir.
Videoçarxın ideya müəllifi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və nəqliyyat üzrə ekspert Elməddin Muradlıdır. Videoçarxı Avtosfer.az saytının redaktoru Orxan Əli hazırlayıb.
Qeyd edək ki, təxminən 17-20 manat qiymətində olan bu balon dəyəri onminlərlə ölçülən əmlakın xilas edilməsi üçün əvəzedilməzdir. Yol polisi sürücülərə tövsiyyə edir ki, həmin balonların avtomobildə olmasını təmin etsinlər.
Ümid edirik ki, videoçarxa baxdıqdan sonra sürücülər mütləq şəkildə avtomobillərində bu balonun olmasını təmin edəcəklər.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












