BNA əməkdaşları qayda pozdular, kameraya düşməmək üçün nömrəni gizlətdilər - FOTO

Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobilin qayda pozuntusunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, fotoşəkil paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. Paytaxt ərazisində dayanma-durma qaydasını pozanları məsuliyyətə cəlb edən agentlik əməkdaşları, bu dəfə özləri kobud qayda pozuntusu törədiblər. Belə ki, avtomobili dayanma-durma qadağan edilən yol sahəsində ikinci cərgədə park edən əməkdaş, qeydiyyat nişanını gizlətmək məqsədilə yük yerini açıq qoyub.
Bəzən sürücülər onların qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədə paylaşırlar. Bu səbəbdən də nömrənin görünməməsi üçün yük yerini açıq qoyaraq qınaqdan yayınmağa çalışıblar.
Qeyd edək ki, BNA-nın avtomobilləri operativ nəqliyyat vasitələri siyahısında olmadığı üçün, onların qayda pozuntusu məsuliyyət yaradır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yayılanların əsassız olduğunu deyib. Onun sözlərinə görə, həmin nəqliyyat vasitəsi ilə əraziyə texniki personal yollanıb: “Yük yerinin açıq olması isə sahədəki avadanlığın götürülməsi ilə bağlıdır. Cərimədən yayınmaq üçün yük yerinin açıq qoyulması ilə bağlı fikirlər tam əsassızdır”.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












