Bu yolda kamera ilə sürücülərə qanunsuz cərimələr yazılır - FOTO

Bakı-Qazax yolunun 262-ci kilometrində kamera vasitəsilə cərimələnən bir neçə sürücü redaksiyamızın qaynar xəttinə müraciət edib. Sözügedən yolun Ağdaş rayonundan keçən hissəsində cərimələnən sürücülər bildirir ki, rayon ərazisindən magistral yola çıxan hissədə çəkilmiş üfüqi nişanlanma xətti silindiyinə görə, həmin xəttin üzərindən manevr edirlər. Bu səbəbdən də sürücülər kamera vasitəsi ilə cərimələnir.
Redaksiyamıza şikayət ünvanlayan sürücülər tərtib edilmiş protokolların nə dərəcədə doğru olub-olmadığını soruşurlar.
Qeyd edək ki, həmin yolda yaşayış məntəqələrinin giriş-çıxışlarını ayırmaq üçün çəkilmiş nişanlanma xətti ayırı zolaq funksiyasını daşıyır. Lakin ayırıcı zolaq elə təşkil edilib ki, sürücülər bunun nə olduğunu anlamaqda çətinlik çəkirlər. Qanunvericiliyə görə, ayırıcı zolaq nişanlanma xətti ilə işarələnə bilər. Lakin iki xəttin arası başqa rənglə, müxtəlif ştirxlərlə işarələnməlidir ki, sürücü orada hərəkətə icazə verilmədiyini anlasın və ən əsası bunu vaxtında qavrasın. Bununla yanaşı, kəsişən yerdə məlumatverici nişanlar və 1.18 nişanlanma xəttləri təşkil edilməlidir ki, sürücü hərəkət trayektoriyasını aydın şəkildə anlasın. Mövcud şəraitdən və tərtib edilmiş protokollardan belə başa düşülür ki, sürücülər bunu bilməyərəkdən və anlamayaraqdan edirlər.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














