Bütün yollar bizi Şuşaya, Qarabağa aparır... - VİDEO
Avtosfer TV
25 Noyabr 2020 14:36

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.”
Bu sözləri noyabr ayının 16-da işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı səsləndirən prezident İlham Əliyev daha sonra birinci xanım Mehriban Əliyeva ilə birgə Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olaraq, Şuşa şəhərinə çəkilən Əhmədbəyli-Füzuli-Şuşa tarixi yol ilə bağlı göstərişlərini verib.
Təbii ki, sözügedən yolun xüsusi əhəmiyyəti var. Çünki bu yol bizi uzun illərdir ayrı düşdüyümüz Qarabağımıza, Qarabağımızın tacı olan Şuşamıza aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci infrastruktur layihəsidir. Özü də Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra reallaşmasına başlanılan bir layihə. Məlum olduğu kimi 27 il ərzində işğal altında əsir olan torpaqlarımızda yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilib, təbii sərvətlər talan olunaraq, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub.
2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə başa çataraq əzəli torpaqlarımızın tapdaq altında qalmasına, bizim həsrətimizə son qoyularaq, yeni tarix yazıldı.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayan ölkə başçısı, Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla yolun geniş və rahat olması ilə bağlı xüsusi olaraq tapşırıq verib.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, torpağı qanı ilə, canı ilə Vətən edən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi doğma yurdumuzun cənnət guşələrinə uzanan hər bir yolu əhatə edəcək quruculuq işlərinə start verir. Füzuli–Şuşa avtomobil yolu layihəsindən başlayaraq.
Belə ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb. Layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101.5 kilometr, eni isə 37.7 m təşkil edəcək. Yolun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.
Ulu öndərin Heydər Əliyevin söylədiyi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikrinin davamı, Prezident İlham Əliyevin başlatdığı yeni tarixin başlanğıcı oldu. Çünki bu yol bizi Qarabağın tacı olan, qəlbimizin döyündüyü Şuşamıza aparır. Şanlı bayrağımızın qürurla dalğalandığı Şuşaya!
Oxunub : 3060
DİGƏR XƏBƏRLƏR
21 May 2026 00:00
Qırmızıdan keçən 15 yaşlı sürücü ağır qəza törətdi - VİDEO
19 May 2026 22:03
"İnfiniti" dayanacağa çırpıldı; 3 yaralı - VİDEO
19 May 2026 22:00
WUF13-ün üçüncü günü qonaqlar üçün nələrlə yadda qaldı? – AÇIQLAMA - VİDEO
18 May 2026 20:24
Avtoyuma məntəqəsində işləyən xanım yolun ortasında bıçaqlandı – VİDEO (18+)
18 May 2026 17:55
Nömrəsiz “07” ilə “şou” göstərən sürücü yenidən CƏZALANDIRILDI - VİDEO
15 May 2026 20:33
Qadın sürücü qazla tormozu səhv saldı; piyadanı vurub öldürdü - VİDEO
15 May 2026 17:30
Moped sürən gənc yolun ortasında rəqs edib “şou” göstərdi - VİDEO
14 May 2026 20:06
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
13 May 2026 23:06
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
13 May 2026 13:30
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
12 May 2026 20:06
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO
12 May 2026 14:48
Bu küçədə aparılan xətlənmə çaşqınlıq yaratdı - AYNA izah verdi - VİDEO
ŞƏRH YAZ








