“Chevrolet” TIR-la toqquşdu; 4 ölü, 5 yaralı - VİDEO

Rusiyanın Krasnodar bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza sentyabrın 8-də səhər saatlarında Krasnodar – Eysk trasının 75-ci kilometrliyində Bryüxoveçk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Chevrolet Lanos” markalı minik avtomobili, sürücünün sükan hakimiyyətini itirməsi səbəbindən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn "Kamaz" markalı TIR-la toqquşub.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb.
Qəza nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












