Dağüstü parkda "avtoş"luq edən 4 nəfər saxlanıldı, 30 gün həbs - VİDEO

İki gün əvvəl Bakının Dağüstü park ərazisi yaxınlığında bir neçə sürücünün avtoxuliqanlıq etdiyinə dair sosial şəbəkədə məlumatlar yayılıb. Vətəndaşların müraciəti əsasında ərazidə gücləndirilmiş iş rejiminə keçən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, vətəndaşların şikayəti əsasında sözügedən ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən fakt təsdiqini tapıb: “Məlum olub ki, axşam saatlarında Dağüstü park ərazisində sürücülər avtoxuliqanlıq ediblər. Yol hərəkətini kobud şəkildə pozaraq, avtoxuliqanlıq edən 4 nəfər şəxs müəyyən edilərək saxlanılıb. Onlar barəsində aidiyyəti üzrə 30 sutkaya qədər həbs qərarı verilib. Hazırda həmin şəxslər cəzalarını çəkirlər”.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












