Dəhşətli yol qəzası; “Hyundai”la vurulan qız havada metrlərlə uçdu – ANBAAN VİDEO (+21)

Moskvaətrafı Peskov şəhərində velosipedli qızın avtomobillə vurulma görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 15-də “Rijsk” prospektində baş verib.
Məlumata görə, 1996-cı il təvəllüdlü qız velosipedlə svetoforun yaşıl işığında yolu qarşıya keçmək istəyərkən, yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı minik avtomobili onu vurub. Zərbənin şiddətindən yeniyetmə havada bir neçə metr uçaraq asfalta çırpılıb.
Nəticədə 24 yaşlı qız aldığı çoxsaylı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisə yerindən qaçan sürücü, 5 dəqiqə sonra avtomobili piyada çəpərinə çırparaq səkidə hərəkət edən kişinin üzərinə sürüb.
Xoşbəxtlikdən zərərçəkən ölməyib, o, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Qəzanı törədənə 1993-cü il təvəllüdlü sürücü saxlanılıb. Yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb. İndi onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












