Döngəyə sürətlə girən motosiklet betona çırpıldı; sürücü körpüdən düşdü - VİDEO

Kanadada hərəkətdə olan motosikletçinin körpüdən düşməsi təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə Monreal şəhəri yaxınlığında qeydə alınıb.
Yük maşınının video qeydiyyatına düşən kadrlarda, motosikletçinin yüksək sürətlə hərəkət etdiyi və bu zaman döngədə sükan idarəetməsini itirdiyi görülür. Ardınca ikitəkərli nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılır, sürücü isə körpüdən aşağı düşür.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletçiyə ilk tibbi yardımı hadisə şahidi ilə polis əməkdaşları göstərib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.
Polisin araşdırması zamanı müəyyən edilib ki, motosikletçinin nə sürücülük vəsiqəsi, nə də ki, motosikleti qeydiyyatda olub.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












