Döyüşdürülən itlərin saxlanıldığı yerdən dəhşətli görüntülər - VİDEO

Aparılan əməliyyat tədbirləri nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib. Baku.Tv xəbər verir ki, onlardan 4-ü Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Qaldırılmış cinayət işi üzrə hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan heyvanların mühafizəsi ictimai birliyinin sədr müavini Fərid Mansurovun sözlərinə görə bu məsələ müxtəlif videolar əsasında artıq 2 il imiş ki, araşdırılırmış.
"Biz o videolarda müşahidə edirdik ki, itlər ölümünə dalaşırlar. Hansısa bir it mütləq ölür. Ayırma söhbəti yoxdu. Və öz araşdırmamız nəticəsində əldə edilən məlumata görə bildik ki, bu qumar oyunlarıdı. " - Azərbaycan heyvanların mühafizəsi ictimai birliyinin sədr müavini Fərid Mansurov
Birliyin araşdırmasına görə narkotik vurulan itlər əsasən küçə itləri üzərində sınaqdan çıxarılırmış. Döyüşdə "Pitbull” küçə itini öldürdükdən sonra isə cəsəd doğranılaraq cavan döyüş itlərinə yedizdirilirmiş. Bununla da, böyüyən itlər öz həmcinslərinə şikarları kimi baxırlar.
Artıq döyüşlərində istifadə olunan "american stuff” və "pitbull” cinsli itlər mühafizə olunaraq, sığınacağa yerləşdirilib. Sumqayıtda fermada saxlanılan səkkiz cins it ərazidən götürülərək, İDEA İctimai Birliyinə aparılıb. Sözügedən məkandan çəkilmiş videodan görünür ki, orada itlər üçün xüsusi rinq hazırlanıb və onlar yarıtikililərdə saxlanılıblar. Həyətdə itlərin qarşısına atıldığı ehtimal edilən heyvanların skeletləri də aşkarlanıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












