Əsgərlərimizə meyvə verən sürücünün sevinci sizi kövrəldəcək - VİDEO
Bu görüntülər Vətən müharibəsi ərəfəsində çəkilib. Həmin ərəfədə vətəndaşlarımız əsgərlərə əllərindən gələn dəstəyi göstərməyə çalışırdılar. Avtosfer.az xəbər verir ki, görüntülərdə 10 RL 753 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks olunub. Həmin şəxs öz maşını ilə meyvə satır. Əsgərləri aparan maşınları görüncə tez onlara yaxınlaşır. Cəld maşından düşərək bir yeşik almanı əsgərlər olan maşına verir.
Kameraya daha maraqlı bir görüntü də düşüb. Əlində torba olan qadın onu əsgərlərə vermək istəyir. Amma maşın karvanı uzaqlaşdıqca onlara çata bilmir. Bu zaman bir gənc cəld həmin torbanı alır və qaçaraq əsgərlər olan maşına atır.
Bəlkə də bu gün o maşında olan əsgərlərdən neçəsi şəhid, neçəsi qazidir. Amma bu görüntülər Vətən müharibəsindəki qələbəmizin göstəricisi olaraq yaddaşlarda qalcaq.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












