Gecə 24 yaşlı xanımın “Infiniti”sini yandırdılar - VİDEOlar

Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxsin avtomobili yandırma görüntüləri həvəskar kameralar tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə “Kuznesov” küçəsində baş verib.
Kadrlarda, gecə saatlarında bir şəxsin yol kənarına park edilmiş “Infiniti” markalı avtomobilə yaxınlaşdığı və onun üzərinə benzin tökərək yandırdığı görülür.
Daha sonra isə cinayətkar soyuqqanlı şəkildə hadisə yerini tərk edir.
Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə yanğınsöndürənlər gəliblər. Yanğın mühafizə olunub. Alovların digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb.
Bildirilir ki, “Infiniti” markalı avtomobil 1996-cı ilə təvəllüdlü bir xanıma məxsus olub.
Hazırda faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












