Gecə Bakını bir-birinə qatan "avtoş"lar cəzalandırıldı; həbs, işdən qovulma və... - VİDEO

Sentyabrın 15-dən 16-na keçən gecə, saat 03.30 radələrində Bakıda avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. “Ravon”, «BMW» və “VAZ-2107” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını və əhalininin dincliyini davamlı olaraq pozmaqla avtoxuliqanlıq ediblər. Ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Müşaiyət-Eskort Bölüyünün 4-cü tağımının əməkdaşları hər üç sürücünü saxlayıb və onlar aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə təhvil verilib. Avtomaşınlar isə duracağa yerləşdirilib.
Faktla bağlı toplanmış materiallar əsasında məhkəmə hər 3 sürücü barəsində qərar çıxarıb. Belə ki, 10 MM 998 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobil sürücüsü Zeynallı Yusif Bahadur oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub.
90 RP 937 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü Umudov Tural Elçin oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə, Vətən müharibəsi qazisi olduğu nəzərə alınmaqla 500 manat cərimə edilib.
"Ravon Nexia" markalı avtomobilin sürücüsü Osmanlı Elmar Elxan oğlu isə işlədiyi dövlət qurumundan qovulub.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












