İki il əvvəl yoxa çıxan qadın dənizin ortasında tapıldı - FOTO/VİDEO
Avtosfer TV
2 Oktyabr 2020 12:53

Kolumbiyanın Puerto-Kolombiya şəhəri yaxınlığında balıqçılar dənizin ortasında iki il əvvəl itkin düşən qadını aşkarlayıblar. Bu barədə “The Sun” məlumat yayıb. Məlumata görə, balıqçı Roland Visbal və dostu Gustavo dənizdə balıq tutarkən suda dreyf halında olan bir qadını görüblər. Xilas etdikdən sonra qadının səkkiz saata yaxın suda olduğu, bərk üşüdüyü və taqətsiz olduğu öyrənilib.
Qadından başqa heç nə öyrənmək mümkün olmayıb, o, ancaq ağlayıb. Balıqçılar qadını xəstəxanaya çatdırıblar. Orada məlum olub ki, bu, 46 yaşlı Ancelika Qaytandır, o iki il əvvəl ailəsi tərəfindən axtarışa verilib.
Sonradan Qaytan ilk hamiləliyindən başlayan və 20 il davam edən məişət zorakılığından əziyyət çəkdiyini deyib. “Ərim məni döyür, təhqir edirdi, mənə qarşı qəddar idi. İkinci hamiləlik dövründə şiddət davam etdi, amma qızlarım uşaq olduğu üçün ondan ayrıla bilmirdim”.
Kolumbiyalı qadın döyüldüyünü dəfələrlə polisə bildirib, ancaq əri yalnız bir gün saxlanılıb, sonra sərbəst buraxılıb və hücumlar davam edib.
Gaytan 2018-ci ilin sentyabrında ərinin onu öldürməyə cəhd etməsindən sonra evdən çıxdığını deyib. O, Barranquilla küçələrində altı ay qaldıqdan sonra, bir sığınacağa yerləşdirilib. Oradan da çıxarıldıqdan sonra dərin depressiyaya düşüb və özünü dənizə atıb. Balıqçılar da onu bu halda tapıblar. Ancaq qadının ailəsi deyilənləri təkzib edib.
Qızı Aleksandra atasının heç vaxt şiddət göstərmədiyini deyib: “Kimin ona hücum etdiyini və dənizə necə düşdüyünü bilmirik”.
O, anasının illərdir ürək problemlərindən əziyyət çəkdiyini və infarktdan sonra zehni pozğunluqlar yaşadığını deyib.
Hazırda qızları analarını Boqotaya qaytarmaq üçün pul toplayırlar.
Oxunub : 1568
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 14:00
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
12 Noyabr 2026 13:30
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
11 Noyabr 2026 17:41
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
9 Noyabr 2026 19:00
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
5 Noyabr 2026 10:30
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
4 Noyabr 2026 16:06
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
4 Noyabr 2026 14:53
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
4 Noyabr 2026 09:36
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
2 Noyabr 2026 13:30
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
ŞƏRH YAZ












