İki nəfərin ölümünə səbəb olan sürücü danışdı: "Yarım litr araq içmişdik" - VİDEO

Bu gün Bakı dairəvi yolunda iki nəfərin ölümünə səbəb olan sürücü baş verənləri Avtosfer.az-ın kamerasına danışıb. O, ifadəsində 4 nəfərə yarım litr araq içdiyini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona iki nəfərin öldüyünü bildirərkən, sürücü “doğrudan iki nəfər”? - deyərək şoka düşüb.
Həmin videonu təqdim edirik:
Xatırladaq ki, bu gün səhər saatlarında Bakı dairəvi yolunun 13-cü kilometrliyində qəza baş verib. 99-JA-796 qeydiyyat nişanlı “MAN” markalı yük avtomobili əks yola çıxaraq 50-CK-610 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən yük avtomobili “Mercedes”in üzərinə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və onun arxasında əyləşən sərnişin 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində keçinib, 10-UF-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil isə əzilərək maddi ziyan dəyib. “Man” markalı avtomobili idarə edən 41 yaşlı Şəfiyev Səbuhi Akif oğlu isə polis əmədaşları tərəfindən saxlanılıb.
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












