Katalizatoru ustalardan qoruyun - DYP sürücülərə cərimə yazacaq - VİDEO

Avtomobillərin səsboğucu sistemində zəhərli qazları təmizləyən xüsusi avadanlıq var. Bunu biz ''katalizator'' kimi tanıyırıq. Xaricdən gətirilən ikinci əl avtomobillərin əksəriyyətində ya bu avadanlıq yoxdur, ya da işbazlar bu ehtiyat hissəni çıxararaq metal kimi satırlar. Bu da ətraf mühitin təmizliyi və ekoloji baxımdan olduqca ziyanlıdır. Digər tərəfdən, adı Avro-4 olan, amma əslində keyfiyyət göstəricisi ilə əlaqəsi olmayan avtomobillər ölkəyə necə gətirilir?
İşbazların kələyinə düşənlər onlarladır.
Usta deyir ki, bu sistemin çıxarılmasında əsas səbəb həmin qurğuda təxminən 1 kiloqrama yaxın platin metalının olmasıdır.İşbazlar onu çıxarıb baha qiymətə satır. Nəticədə atomobil zəhərli qaz buraxmaqla yanaşı, nasaz vəziyyətdə işləyir
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, ən acınacaqlısı isə inanıb maşın əmanət etdiyin bəzi ustaların da bu işlə məşğul olmasıdır.
Yeri gəlmişkən, 2014-cü ilin 1 aprel tarixindən Azərbaycana idxal edilən avtomobillərin "Avro-4" standartına cavab verib-vermədiyi yoxlanır. Onda belə bir sual yaranır: xaricdən gətirilən ikinci əl avtomobillər gömrük-keçid məntəqlərində necə yoxlanır? Və ya "katalizator"u olmayan nəqliyyat vasitələrinin Gömrük rəsmiləşməsi necə həyata keçirilir? Sualları Dövlət Gömrük Komitəsinə də ünvanladıq. Avro-4 ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin VIN kodu-nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edilir.Yəni maşının istehsal ili və ilkin keyfiyyət göstəriciləri əsas götürülür.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev bildirib ki, bu əməllər qanunsuzdur. Katalizatorun çıxarılması və ya digər kustar üsullarla əvəzlənməsi nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasıdır və inzibati məsuliyyət yaradır.
Araşdırmalar göstərir ki, belə maşınlar ən çox Gürcüstandan Azərbaycana idxal olunur. Təkcə bu ilin iki ayı ərzində Azərbaycan qonşu ölkədən avtomobil idxal edən ölkələrin ilk beşliyində birinci yeri tutub. Gürcüstandan alınan nəqliyyat vasitələrinin sayı 7 193 ədəd, ümumi dəyəri isə 47,8 milyon ABŞ dolları təşkil edib.
ARB
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












