“Lamborghini Huracan”nın drift-şou görüntüləri - VİDEO
Avtosfer TV
19 Aprel 2020 17:13
Oxunub 2290

Sürücü “drift” edərək arxa təkərləri alovlandırıb
“Lamborghini”nin “drift” görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, kadrlar “Hoonigan Burnyard Bash” festivalı çərçivəsində qeydə alınıb.
“Lamborghini Huracan” superkarın sahibi azarkeşlərə 2 dəqiqə ərzində inanılmaz drift-şou göstərib. Sonda sürücü tamaşaçıları heyrətləndirmək üçün arxa təkərləri alovlandırmaq qərarına gəlib. Və sürücü “Lamborghini”nin ön hissəsini arakəsməyə dirəyərək “drift” edərək arxa təkərləri alovlandırıb.
Namiq Musayev
ŞƏRH YAZ













